AZ RU EN
Qafsam
Foto Qalereya
Tarixə görə axtarış
Rəhmanov Moskvaya getməkdən imtina etdi
02.02.2009

www.araztm.org
Tacikstan Prezidenti İmaməli Rəhmanov Moskvaya Fevralın 2-də başlaması nəzərdə tutulan 3 günlük səfərini ləğv etdi. Səfər sırasında Rəhmanovun Rusiyalı həmkarı Dmitri Medvedevlə ikitərəfli danışıqlar aparması və 4 Fevralda Moskvada keçiriləcək Kollektiv Təhlükəsizlik Təşkiları və Avrasiya İqtisadi Əməkdaşlıq sammitlərində iştirak etməsi nəzərdə tutulurdu. Ancaq Yanvarın 31-də İnterfaks xəbər agentliyinə açıqlama verən Tacikstan Xarici İşlər Nazirinin İnformasiya Departamentinin başçısı Dövlət Nəzri Prezident Rəhmanovun Fevralın ilk ongünlüyündəki bütün xarici səfərlərinin ləğv edildiyini açıqladı. Xarici İşlər rəsmisi prezidentin bu qərarını ölkədə baş verən enerji çatışmamaızlığı ilə əlaqələndirdi. Xatırladaq ki, Tacikstanda Yanvarın 27-dən bu yana davam edən enerji böhranı səbəbiylə paytaxt  Düşənbə gün ərzində 15, digər şəhərlər isə ancaq 2-3 saat elektriklə təmin edilə bilməkdədir. Tacikstan rəsmiləri enerji çatışmamazılığı probleminin ortaya çıxmasına səbəb kimi Türkmənistandan ölkəyə elekrik gətirilməsinə Özbəkistanın tranzik keçiş icazəsi verməməsini göstərirlər.
Rəsmi açıqlamalara zidd olaraq verilən xəbər və şərhlərdə isə Rəhmanovun Moskva səfərindən imtina etməsinin əsl səbəbinin Rusiya və Tacikstan arasında son dövrlərdə gərginləşən münasibətlər olduğu vurğulanmaqdadır. İki ölkə münasibətlərindədəki son zamanlardakı  gərginləşməyə Roqun SES və Tacikstandakı mövcud olan Rus hərbi kontingenti mövzularındakı fikir ayrılıqlarının səbəb olduğu bilinir. Tacikstan Rus hərbi kontingentinin  ölkədə qalma şərtlərinə yenidən baxmağı və kiraların yüksəldilməsini təklif etsə də Rusiya bu məsələdə ləng tərpənməkdədir. Digər yandan rəsmi Moskva və Düşənbə arasında Tacikstanın elektrik enerji təminatı problemin həlli üçün ortak tikilməsi nəzərdə tutulan Roqun SES ilə bağlı ziddiyətlər də münasibətlərin pisləşməsinə səbəb olmaqdadır. Belə ki, rəsmi Daşkənt Özbəkistandakı münbit torpaqlarının suvarılmasına zərər verəcəyini səbəb göstərərək Roqun SES-inin tikilməsininin əleyhinə çıxmaqdadır. Medvedev isə Yanvarın 22-23 tarixlərindəki Özbəkistana səfərində rəsmi Moskvanın Orta Asyada yeni elektrik stansiyaları tikintisi məsələsində üçüncü ölkələrin mövqeyini nəzərə alacağını bildirmişdi. Ciddi enerji böhranı keçirən Tacikstan üçün bu açıqlama Rusiyanın faktiki olaraq Özbəkistanın tərəfində olduğu şəklində qəbul edildi. Tacikstan Rusiyaya mövqeyi açıqlamaq üçün nota verdi, rəsmi Moskva isə Tacikstanın Rusiya səfirini xarici işlər nazirliyinə çağıraraq narazılığını bildirdi.   
Xarici siyasətində daimi Rusiya amiilini əsas götürən və son 17 ildə Kollektiv Təhlükəsizlik Təşkilatının iclaslarına davamlı iştirak edən tək lider olan Rəhmanovun Moskvaya getməkdən imtina etməsi ciddi bir narazılılığın işarəsi kimi qəbul edilə bilər. Rəhmanov Rusiyanın ən cox ehtiyac hiss etdiyi bir dövrdə, yəni Kreml rəhbərliyinin Kollektiv Təhlükəsizlik Təşkilatının içində təcili müdaxilə gücü qurma təklifinə dəstək axtaracağı mühüm iclasında iştirak etməyərək Tacikstanın önəmini Rusiyaya yenidən xatırlatmağa çalışmaqdadır. Bundan başqa Tacikstanın sön dövrlərdə Rusiya xaricində Çinlə münasibətlərini inkişaf etdirməyə başladığı müşahidə ediılməkdəir. Elə Çinlililərin ölkədəki mühüm lahiyələrindən biri olan Düşənbə-Xodjənt yolununun tikintisini tamamlamaları da bu çərçivədə qiymətləndirilməkdədir. Rəsmi Düşənbənin Avropa Birliyi ilə münasibətlərdə də irəliləyişə nail olmaq üçün addımlar atmağa başladığı və Rəhmanovun önümüzdəki həftə AB Komsiyasının toplantsında iştirak üçün  Brüsselə gedəcəyi bildirilməkdədir. Rəhmanovun AB ilə münasibətlərini inkişafında keçmiş Sovet respublikalarından Baltık ölkələrini münasib vasitəçi kimi gördüyü və bu çərçivədə Estonya, Latviya və Litvaya rəsmi səfərdə olacağı da vurğulanmaqdadır.
Bəzi mənbələr Rəhmanovun son anda fikir dəyişdirərək Fevralın 4-dəki Kollektiv Təhlükəsizlik Təşkilatı toplantsında iştirak etməsinin mümkünlüyünü də iddia etməkdədirlər. Yenə də Rusiyanın bölgədədəki ən sadiq müttəfiqi Tacikstanla belə problemin yaşanması rəsmi Moskvanın MDB siyasətində yeni bir uğursuzluq kimi xarakterizə edilə bilər. Xatırladaq ki, son dövrlərdə MDB ilə əlaqədar əsasən Rusiyanın istəmədiyi proiseslər getmişdi. Bunlara misal kimi, Gürcüstanın MDB-dən çıxmasını, MDB üzvülərinin Rusyanın təkidinə baxmayaraq Abxaziya və Cənubi Osetiyanı tanımaqdan imtina etmələrini, Özbəkistanın isə iki ay əvvəl Avrasiya İqtisadi Əməkdaşlıq təşkilatını tərk etdiyi açıqlamasını göstərmək olar.                                     

Populyar xəbərlər