AZ RU EN
Qafsam
Foto Qalereya
Tarixə görə axtarış
Rusiya Liviyaya embarqo tətbiqinə qarşıdır
25.02.2011, Afrika

 

Yaxın Şərqdəki siyasi çalxantı və üsyanların Tunis və Misirdən sonra digər Ərəb ölkələrinə sıçraması Rusiyanın bu prosesləri diqqət mərkəzində tutmasına səbəb olub. Rəsmi Moskvanın bu diqqətinin yeni mərkəzi isə hadisələrin ən böhranlı vəziyyətə çatdığı Liviyadır. Rusiya rəhbərliyinin Liviya hadisələri ilə bağlı mövqeyi isə dört əsas məqamda özünü göstərməkdədir.
 
Əvvəla, Rusiya Liviyadakı vətəndaşlarının təklükəsizliyinin təmini və bu ölkədən köçürülməsi üçün səylər göstərir. Bu prosesdə Liviyada köçürülmə istəyən təxminən 1000 Rus vətəndaşının evuakasiyası nəzərdə tutulur. Səylər çəçivəsində artıq 23 fevralda Rusiya Fövqəladə Halları Nazirliyi təxminən 300-dən çox  Rus vətəndaşını 4 təyyarə ilə ölkəyə qaytarıb. 25 fevraldan etibarən isə Rus vətəndaşlarının Liviyadan köçürülmə prosesinin ikinci mərhələsi başlayıb. Bu mərhələdə təyyarələrlə yanaşı, gəmilərin də istifadə edilməsi nəzərdə tutulur. Ancaq hava şəraitinin pisləşməsi Liviyaya getmək üçün yola çıxan və Rus vətəndaşlarını Turkiyəyə gətirəcək gəmilərin irəlləməsini çətinləşdirir. Rusiya Xarci İşlər Nazirliyinə çağrılan Liviya səfirindən  isə  Liviyada qalan Rusya vətəndaşlarının təhlükəsizliyinin təmini tələb edilib. Bu barədə mətbuata açılama verən nazirliyin nümayəndəsi Aleksandr Lukaşeviç Liviyada bir qrup rus dəmiryol işçisinin mühasirədə qaldığına dair iddiları isə  təsdiqləməyib.
 
İkincisi, Rusiya Liviyadakı proseslərin qanuni müstəvidə və dialoq  yoluyla həlli çağrışını edib. Rəsmi Moskva problemlırin həllində güc yolunun tətbiqinin isə arzu edilən olmadığnı vurğulayıb. Üçüncüsü, Rusiyada başta Liviya olmaq üzrə bölgədəki dövlətlərdəki proseslərin bu ölkələrin daxili işi olduğunu qeyd edib və xarci müdaxiləyə qarşı olduğunu bildirib. Bu mövqe həm Rusiya Xarici İşlər Naziri Serqey Lavrovun Ərəb Liqası Baş Katibi Əmr Musa ilə görüşdə, həm də rəsmi Moskvanın hadisələrlə bağlı bəyanatlarında xüsusi vurğulanıb. Bu çərçivədə Rusiya Liviyaya embarqo tətbiqinə də qarşı olduğunu bildirib. Rəsmi Moskvanın bu mövqeyi isə Lavrovun AB Xarici İşlər və Təhlükəsizlik Komisarı Ketrin Eştonla görüşündən sonra açıqlanıb. Hər iki tərəfin yayınladığı ortaq bəyanatda Rusiya və AB-nin Liviyada güc istifadəsində narahatçılıq vurğulanıb, ancaq problemin həllində beynəlxalq  embarqo tətbiqinin səmərəsiz olacağı qeyd edilib. Rusya və AB-nin bu movqeyi hər iki tərəfin Liviyadakı iqtisadi maraqları, xüsusən enerji sahəsindəki əməkdaşlığını təhlükə altına almaq istəməmələri ilə izah edilə bilər.
 
Dördüncüsü, Rusiya Liviyada və bütövlükdə Şimali Afrika və Yaxın Şərqdəki proseslərin dini radikalizm təmayüllü siyasi güclərin hakimiyyətə gətirə biləcəyindən narahatçılıq keçirdiyini açıqca bildirməyə başlayıb. Belə ki, 22 fevralda Şimali Qafqaza səfər edən prezident Dmitri Medvedev bu ehtimaldən bəhs edib və bunun global və bölgə üzərindəki mənfi təsirlərinin olabiləcyini qeyd edib. O, bu təsirlərin Şimali Qafqazdan yan keçməyəcəyini də istisna etməyib.  Beləliklə, bölgədə siyasi proseslərin geniş vüsət alması Rusiyanın bu hadisələr qarşınndakı mövqeyini gedərək daha aydın ortaya çıxmasına səbəb olur.
Populyar xəbərlər