AZ RU EN
Qafsam
Foto Qalereya
Tarixə görə axtarış
Rusiya Liviya hadisələrinə necə baxır?
01.04.2011, Afrika

 

Rusiya rəhbərliyi beynəlxalq münasibətlərin aktual gündəm maddələrindən olan Liviyadakı hadisələrini diqqət mərkəzində saxlamağa davam edir. Xatırladaq ki, Ərəb dünyasında başlayan üsyan dalğası fevralın ortasından etibarən Liviyada da Müəmmar Qəzzafi hakimiyyətinə qarşı xalq etirazlarına səbəb olub. Fevralın axırında ölkədə etirazın hakimiyyətlə müxalifət arasında silahlı toqquşmalarla daha şiddətlənməsi bu ölkəyə beynəlxalq güclerin reaksiyasını gündəmə gətirib. Bu çərçivədə mart ayında BMT  əvvəlcə 1970 sayılı qətnamə ilə Liviyaya silah satışını qadağan edib, sonra isə 1973 sayılı qətnamə ilə Liviyada “uçuşa bağlı zona” yaradılmasını qərarlaşdırıb. “Uçuşa bağlı zona” yaradılmasına dair qətnamədən iki gün sonra, yəni 19 martda  isə Fransa başta olmaq üzrə ABŞ və İngiltərənin də daxil olduğu koalisiyanın hərbi təyyarə və gəmiləri Liviya rəhbəliyinə qarşı hava hucumlarına başlayıblar. Əsasən Qəzzafininin üsyancılar qarsısındakı hərbi üstünlüyünü aradan qaldırmayı və müxalifləri qorumayı amaclayan , eyni zamanda insani müxadilə kimi xarakterzi edilən bu addım həm dünyada, xüsusən də NATO içərisində qızğın mübahisələrə səbəb olub. Təxminən bir həttə davam edən mübahisələr nəticəsinidə martın 27-sindən  etibarən Liviyaya qarşı  hərbi əməliyatın  komandanlığı NATO-ya keçib.
Rusiyanın Liviya hadisələrinə münasibəti isə başından etibarən birmənalı olmayıb. Ümumilikdə, Yaxın Şərqdə üsyan dalğasına ehtiyatlı yanaşan rəsmi Moskva Liviyadakı hadisələrin başlamasından sonra ilk öncə öz vətəndaşlarının bu ölkədən təhlükəsiz şəkildə çıxardılmasına önəm verib. Fevralın son həftəsində həyat keçirilən bu proses sırasında Rusiya rəhbərliyi Liviyadakı hadisələrlə bağlı əsasən ehtiyalı açıqlamaları ilə diqqəti cəlb edib. Köçürülmə prosesinin başa çatmasından sonra isə 1 martdan etibarən etibarən Rusiya rəhbərliyi Liviya rəhbərliyinə qarşı sərtləşib, hətta rəsmi Moskvanın Müəmmar Qəzzafinin hakimiyyətdən getməsini istədiyinə dair xəbərlər gündəmə gəlib. Rəsmi Moskva Liviyaya dair beynəlxalq reaksiyanın BM TŞ çərçivəsəsində formalaşamasına və tətbiqinə xüsusi təkid edib. Rusiya bununla həm bölgədə daha fəal rol oynamağa çalışıb, həm də ABŞ-ın prosesdən istifadə edərək bölgədə möhkəmləməsini istəməyib. Bundan sonra Rusiya BMT TŞ-nın Liviya  hakimiyyətinə qarşı silah embarqosu tətbiqini nəzərdə tutan 1970 sayılı qətnaməsinin lehinə səs verib. Rusiya BMT-nin  17 Mart tarixli və 1973 sayılı Liviyada “uçuşa bağlı zona” yaradılmasına dair qətnaməsi sırasında isə tərəfsiz qalıb. Rəsmi Moskvanın son qətnamə sırasındakı mövqeyi dünyada imicini daha da korlamamaq və başta Liviyadakı maraqları olmaq üzrə Qərblə aparılan müzakirələrdə müəyyən güzəştlər alması ilə izah edilə bilər.    
19 Martda Liviya qarşı başlayan hərbi hava müdaxiləsi isə Rusiyanın bu məsələyə münasibətində yeni məqamları gündəmə gətirib. Belə ki, martın 21-də Balkanlarda səfərdə olan Rusiya Baş Naziri Vladimir Putin Liviyaya hərbi hava hucumunu “səlib yürüşü” kimi xarakteriz edib. O, Liviyaya müdaxiləni İraqla müqayisə edib və bu cür nümunələrin Rus ordusunun daha gücləndirilməsi zərurətini açıqca göstərdiyini bildirib. Ancaq elə həmin gün Rusiya Prezidenti Dmitri Medvedev medyaya verdiyi açıqlamada Liviyaya hərbi müdaxilənin mədəniyyətlər müharibəsinə imkan verəcək şəkildə “səlib yürüşü” kimi qiymətləndirilməsinin düzgün olmadını və vəziyyəti daha da pisləşdirə biləcəyini bildirib. Rusiyanın Liviya problemini lap əvvəldən dinc yollarla həllini istədiyini vurğulayan Medvedev, bu ölkəyə hərbi müdaxiləyə qarşı olduqlarını və bu çərçivədə “uçuşa bağlı zona” yaradılması prosesində iştirak etməyəcəklərini də elan edib. O, Liviya ilə diplomatik münasibətləri davam etdirdiklərini və prosesdə vasitəçi olabiləcəklərini qeyd edib. Medvedevin bu açıqlamalarından sonra Putinin mətbuat katibi Dmitri Peskov Rusiyanın Liviya dair rəsmi movqeyini prezidentin ortaya qoyduğunu, baş nazirin açıqlamalarının isə onun şəxsi mövqeyi olduğunu bildirib. Medvedevlə Putin arasında Liviya məsələsindəki fikir ayrılığının 2012-ci ildəki prezident seçkiləri səbəbiylə ikili arasında mətbuata da yansıyan növbəti və nisbətən ciddi ziddiyət olduğu qeyd edilir.
Liviya məsələsindən Medevedev-Putin arasındakı ziddiyətin Rusiya rəsmilərin arasında  da nisbi mövqe fərqliliklərinə səbəb olduğu müşahidə edilməkdədir. Belə ki, Putinə yaxınlığı ilə bilinən Rusiya Müdafiə Naziri Anatoli Serdyukov 22 martda Amerikalı həmkarı Robert Gateslə Moskvadakı görüşündə “hava hucumlarının mülki vətəndaşların ölümünə səbəb olduğunu, Rusiyanın bu hucumlar qarşı çıxdığını ə bir an öncə dayandırılmasını istədiyini” elan edib. Gates isə “Rusiyanın tənqidlərinin açıq yalanlar üzərinə qurulduğunu” bildirib. Putinə yaxınlığı ilə bilinən Rusiyanın NATO Nümayəndəsi Dmitri Roqozin də son bir həftədə verdiyi açıqlamalarda “Liviya müdaxiləsinin NATO-da müttəfiqlər arasında tərəddüt yaratdığıını, NATO-nun müdaxilədə Liviyada tərəf tutmamasını və kuru əməliyyatlarına girişməsinin işgal mənasını daşıyacağını” qeyd edib. O, Liviyadakı hadisələrə xarici müdaxilənin geniş miqyaslı bolgəsəl böhrana səbəb olabiləcəyini açıqlayıb. 
Rusiya xarici işlər naziri Sergey Lavrov isə nisbətən yumşaq mövqeyi ilıə daha çox  Medvedevlə paralellik göstərən açıqlamalar verib. O, 30 martda Avstriyalı həmkarı Mixail Şpindeleggerlə görüşündən sonra keçirdiyi mətbuat konfransında BMT-nin 1973 sayılı qətnaməsini dəstəkləmələrinə səbəb kimi tətbiq ediləcək gücün sərhədlərinin aydın müəyyənləşdirilməməsini göstərib. Rus nazir bu qeyri-müəyyənliyin hazırda Liviyaya müdaxilə zamanı dinc əhalinin tələfatına səbəb olduğunu qeyd edib. Lavrov  açıqlamalarında Liviyayadakı tərəflərə sabitliyin təmini və demokratik islahatlar üçün daxili siyasi dialoq çağrışı edib. Rusiyanın baş diplomatı bu çərçivədə hazırda Liviyada əsas məsələnin atəşkəs təmini və müzakirələrin başlamasının olduğunu vurğulayıb.
Nəticədə, Rusiyanın Liviya məsələsindəki mövqeyi vəziyyətə və hadisələrin inkişafına görə dəyişiklik göstərən xarakterə malikdir. Hadisələrin başında Liviyadakı üsyan dalqasına ehtiyalı yanaşan rəsmi Moskva, Mart ayından etibarən mövqeyini nisbətən sərtləşdirib. Ancaq Rusiya rəsmiləri açıqlamalarında Liviya xarci müdaxiləyə qarşı olduqları tezisini vurğulamağa davam edirlər. Digər tərəfdən Rusiyanın Liviya  məsələsindəki mövqeyi Medvedevlə-Putin arasında var olduğu söylənən hakimiyyət mübarizəsinin mövzularından birinə çevrilib.
 
Populyar xəbərlər