AZ RU EN
Qafsam
Foto Qalereya
Tarixə görə axtarış
Qərb Qəzzafiyə ölkəni tərk etməyi təklif edir

Londonda keçirilmiş beynəlxalq görüşdə Liviya lideri Muammar Qaddafi hökümətinin “qanuniliyini tamamilə itirdiyi”, üsuli-idarəyə qarşı hərbi əməliyyatın vətəndaşlara qarşı hücumlar dayandırılanadək davam etməli olduğu və pulsuz humanitar yardım göstərməyin zəruriliyi barədə qəti mövqe formalaşdırılmışdır. Birləşmiş Krallığın Xarici İşlər Naziri Uilliam Haqunun sözlərinə görə, 40 ölkə və təşkilatdan olan təmsilçilərin iştirak etdiyi konfransda “Liviya təmas qrupu”nun yaradılması üçün razılığa gəlinib.

 
Qrup Qaddafi rejiminə qarşı əlavə sanksiyalar və beynəlxalq təzyiqlərə təkan vermək üçün nəzərdə tutulub. Haqu deyib: “Biz istəyirik ki, Liviya əhalisi gələcəyini özü müəyyənləşdirsin və bugünki gün bu prosesdə əhəmiyyətli mərhələ oldu”.  Nazirin sözlərinə görə, konfransda üsyançıların silahlandırılması barədə müzakirə aparılmamşdır. ABŞ-ın Dövlət Katibi Hillari Klinton bildirmişdir ki, BMT-nin qətnaməsinin uçuşu olmayan zonaya silah keçirilməsinə icazə verməsinə dair səlahiyyət verməsinə baxmayaraq, ABŞ bu cür hərəkətin “indiki vaxt” üçün doğru olduğuna hələ qərar verməyib.  Xatırladq ki, Liviya xalqına qarşı Muammar Qazzafi hakimiyyəti tərəfindən törədilmiş zorakılığa cavab olaraq, BMT 2011-ci il  martın 17-də uçuşa qadağan olunmuş zona haqqında qərar qəbul etmişdir. Qətnamə vətəndaşların hədəf olduğu hücumların qarşısını almaq üçün gələcəkdə ola biləcək hərəkatlarda istifadə olunacaq təchizatları ehtiva edir.
 
Müzakirələr nəticəsində yaranmış böhrana son vermək üçün Qazzafiyə başqa ölkədən sığınacaq təklif olunması aktuallaşıb. İtaliyanın Xarici İşlər Naziri Franko Frattini bildirib ki, “biz, Liviyanı tərk etməyə həvəsləndirmək üçün Qazzafiyə sığınacaq verəcək ölkə axtarırıq. Ancaq bu o demək deyil ki, ona toxunulmazlıq veriləcək. Sadəcə olaraq, Qazzafi üçün Beynəlxalq Cinayət Məhkəməsinin onun üçün çıxaracağı qərar, Liviyada ona qarşı olan üsyançılarla bir yerdə qalmaqdan daha yaxşıdır. Gec ya tez o, anlayacaq ki, ölkəsində onun üçün təhlükəsiz heç bir yer yoxdur”. Ümimilikdə konfrans iştirakçıları Qəzzafinin hakimiyyətdən getməsi mövzusunda həmfikir olublar.  
 
Liviya Xalq Hərəkatının Baş Katibi Dr. Abdul Hafiz bəni Sariti isə verdiyi müsahibədə milli birliyin və həmrəyliyin möhkəmlənməsi və vətənin maraqlarına xidmət etmək son nəticədə tiran Qəddafinin tənəzzülünə gətirib çıxaracağına inandığını dilə gətirib. Bununla əlaqədar olaraq da o, hərəkatı və onun gedişatını dəyərləndirərkən bəzi nüanslarını qeyd edir. Onun sözlərinə görə :
Bu hərəkat, ilk olaraq, Liviya vətəndaşlarını hazırki vaxtda vacib milli məsələlərin həlli üçün çağırış xarakteri daşıyır.
Hərəkat eyni zamanda uçuşa qadağan edilmiş zonanın təmin edilməsi barədə BMT-nin Təhlükəsizlik Şurasının 1973 saylı qətnaməsinın dəstəyini ifadə edir. Bu isə atəşin tam və dərhal dayandırılmasına nəzarət etmək və ümumiyyətlə,  əhalinin qırılmasının qarşısını almaq üçün zəruridir.
 
Baş katib verdiyi müsahibədə Liviya xalqının əsrin ən böyük tiranlarindan olan Müəmmər Qəzzafi Boumnyarin “42 illik zülm və tiranlıqla hökmranlığına qarşı yönəlmiş əzəmətli inqilabın və  haqqın tərəfində duran bütün ölkələrə”, eyni zamanda, xalqın üsyanını dəstəkləyən kütləvi informasiya vasitələrinə və saytlara da minnətdar olduqlarını bildirib.
 
Hazırda çox açıq şəkildə görmək mümkündür ki, Qərb koalisiyasının Liviya lideri Qaddafiyə qarşı əməliyyatı həm siyasi, həm də hərbi planda kuliminasiya nöqtəsinə çatıb. Kifayət qədər aydındır ki, Qərb ölkələri prosesi davam etdirmək və uğurla sonlandırmaq marağındadırlar.
 
Populyar xəbərlər