AZ RU EN
Qafsam
Foto Qalereya
Tarixə görə axtarış
BRİKS beynəlxalq sistemdə daha fəal olmaq istəyir
15.04.2011, Afrika

 

Aprelin 14-də Çinin Haynan adasındakı Sanya şəhərində Braziliya, Cənubi Afrika Respublikası (CAR), Çin, Hindistan və Rusiya dövlət və hökumət başcılarının BRİKS formatındakı sammiti keçirilib. Sammitdə Braziliya Prezidenti Dilma Rousseff, CAR Prezidenti Ceykob Zuma, Çin Xalq Respublikasının Sədri Hu Szintao, Hindistanın Baş Naziri Manmohan Sinq və Rusiya Prezidenti Dmitri Medvedev yer alıb. Sayca 3-cü, CAR-ın iştirakı ilə keçirilən ilk BRİKS toplantısında iştirakçılar mövcud formatın gələcəyini və beynəlxalq problemlər qarşısındakı mövqelərini müzakirə edib. Sammit iştirakçıları fövqəladə hallarda birlikdə hərəkət etmə mexanziminin hazırlanması məsələsini qaldırıblar. İclasda BRİKS üzvləri Yaponiyadakı son vəziyyətin müzakiəsi ilə yanaşı, Liviya hadisələrinə dair fikir mübadiləsi aparıb. Hazırda BRİKS-in bütün üzvülərinin BMT Təhlükəsizlik Şurasının üzvü olduğunu qeyd edən  prezident Medvedev, Liviyada baş verən hadisələrdən narahat olduqlarını və problemin siyasi-diplomatik vasitələrlə həllini dəstəklədiklərini bildirib.
 
Sammitdə iştirak edən ölkələr toplantıdan sonra BRİKS üzvlərinin mövqeyini əks etdirən bəyannamə imzalayıblar. 32 maddədən ibarət bəyannamadə əsasən BRİKS-in qlobal sistemdə güclənən rolu vurğulanıb, iştirakçı dövlətlərin siyasi, iqtisadi, təhlükəsizlik və elmi-texniki sahələrdə əməkdaşlığının gücləndirilməsi qeyd edilib. Bəyannamədə Rusiyanın Dünya Ticarət Təşkilatına üzvülüyü dəstəklənib və növbəti sammitin 2012-ci ildə Hindistanda keçirilməsi məqamına yer verilib.
 
Sammitin diqqət cəlb edən bir digər məqamı iştirakçıların ortaq fəaliyyət planını qəbul etməsi olub. Rusiyanın təklifi ilə təsdiqlənən planda qarşılıqlı əməkdaşlığın gücləndirilməsi, başta təhlükəsizlik və xarici siyasət olmaq üzrə müxtəlif sahələdəki qurumların mütəmadi toplantılar keçirməsi qərarlaşdırılıb. Ümumilkdə Çindəki son BRİKS toplantısı mövcud strukturun gücləndirilməsi və beynəlxalq sistemdəki rolunu artırılması istiqamətində irəliyə doğru yeni bir adım kimi xarakterizə edilə bilər.
Populyar xəbərlər