AZ RU EN
Qafsam
Foto Qalereya
Tarixə görə axtarış
BMT-nin Baş Katibi Rusiyaya səfər edib
21.04.2011, Afrika

 

BMT-nin Baş Katibi Pan Ki Mun bu gün Rusiyaya səfərə başlayıb. Onun aprelin 23-ə qədər davam etməsi nəzərdə tutulan bu səfərində Rusiya rəhbərliyi ilə xüsusilə nüvə təhlükəsizliyi və Liviyadakı vəziyyəti müzakirə etməsi gözlənilir. Kremldən verilən məlumata görə, BMT Baş Katibi aprelin 22-də Rusiya Prezidenti Dmitri Medvedevlə görüşəcək. Bundan başqa Pan Ki Munun Rusiya Xarici İşlər Naziri Sergey Lavrovla da “beynəlxalq təhlükəsizliyə dair aktual məsələləri” müzakirə edəcəyi bildirilir. Ümumilikdə Baş Katibin Rusiya səfərində Liviyadakı hadiəsələrin, Yaxın Şərqdəki sülh danışıqlarının və Yaponiyadakı fəlakətin nəticələrinin müzakirə edəcəyi gözlənilir.         
 
Diqqəti cəlb edən bir digər məqam Ban Ki Munun Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Daimi Şurasının genişləndilmiş iclasında iştirak etməsi olacaq. BMT Baş Katibinin KTMT Baş Katibi Nikolay Bordyujla da danışıqlar aparması nəzərdə tutulur.  BMT Baş Katibin bu səfərinin əsas məqsədinin başda Liviya və Yaxın Şərq olma üzrə aktual problemlərdə Rusiyanın müsbət rol oynamağa təşviq etmək olduğu ehtimal edlilr. Xatıladaq ki, Rusiyanın Liviyaya dair mövqeyində müəyyən sərtləşmələr müşahidə edilməkdədir. Belə ki, Xarci İşlər Naziri Lavrov Ban Ki Munun Rusiyaya səfərinin başladığı gün Liviyadakı vəziyyətdən narazı olduqlarını bildirib.
Populyar xəbərlər